Baş nazir parlamentdə gülüş hədəfinə çevrildi - VİDEO

Baş nazir parlamentdə gülüş hədəfinə çevrildi -

Böyük Britaniyanın baş naziri Tereza Mey ötən gün parlamentin Aşağı Palatasında məruzə ilə çıxış edən zaman gülüşlə qarşılanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün ölkənin "Brexit" naziri Deyvid Deyvis və xarici işlər naziri Boris Conson istefa ərizəsini Meyə təqdim edib. İstefaların səbəbi ölkənin Avropa İttifaqından çıxmasını nəzərdə tutan "Brexit" prosesi ilə əlaqədar narazılıq olub. Deyvis və Consonun istefası ilə əlaqədar məruzə edən baş nazirin sözləri gülüş və lağ hədəfinə çevrilib. Tereza Mey sözünü yarımçıq qoymaq məcburiyyətində qalıb. Palata sədri Con Berkounun xəbərdarlığından sonra baş nazir çıxışına davam edə bilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...