“Total” şirkəti İranda fəaliyyətini dayandırıb

“Total” şirkəti İranda fəaliyyətini dayandırıb

Fransanın “Total” neft şirkəti İranda fəaliyyətini dayandırdığını elan edib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Patrik Puyanne bildirib.
O, bu addımı ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirib: “Biz ABŞ-ın qanunlarına əməl edirik və buna görə də gəlirli İran bazarından çıxırıq”.
Baş direktorun sözlərinə görə, ABŞ-ın maliyyə sisteminə daxil olmadan dünyanın 130 ölkəsi ilə əməkdaşlıq etmək mümkün deyil.
P.Puyanne deyib ki, “Cənubi Pars” qaz yatağının 11-ci fazasından çıxmaqla 40 milyon dollar ziyan edəcəklər: “Günlərin bir günü “Total” yenidən İrana qayıdacaq. İldə 15 milyard sərmayə yatıran şirkətimiz üçün 40 milyon dollar heç nədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...