Tereza Mey: "Tramp dedi ki, Avropa Birliyini məhkəməyə ver"

Tereza Mey: "Tramp dedi ki, Avropa Birliyini məhkəməyə ver"

Böyük Britaniyanın baş naziri Tereza Mey ötən günlərdə ABŞ prezidenti Donald Trampla görüşmüşdü.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mey görüş zamanı Trampın Britaniyanın Avropa İttifaqını tərk etmə prosesi olan "Brexit" barədə tövsiyyəsindən danışıb. ABŞ prezidenti Tereza Meyə Aİ-ni məhkəməyə verməyi məsləhət görüb: "Aİ-ni müzakirə etmə, məhkəməyə ver".

Qeyd edək ki, Mey "Brexit" prosesində nümayiş etdirdiyi güzəştlərə və yumşaq addımlara görə tənqid hədəfinə çevrilib. Ötən günlərdə "Brexit" naziri Deyvid Deyvis və xarici işlər naziri Boris Conson Meylə bu məsələdəki fikir ayrılığına görə istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...