Şimali Koreya lideri “xalq düşmənləri”ni əfv edəcək

Şimali Koreya lideri “xalq düşmənləri”ni əfv edəcək

Bu ilin avqustunda Şimali Koreyada Kim Çen In-ın amnistiya elan edəcəyi gözlənilir. Oxu.az xəbər verir ki, amnistiya sentyabrın 9-da qeyd olunacaq ölkənin yaradılmasının 70 illiyinə həsr olunacaq. Amnistiya ölkəyə və xalqa qarşı cinayət törədən şəxslərə aid ediləcək və avqustun 1-də başlayacaq.

Xatırladaq ki, sonuncu dəfə KXDR-də amnistiya 3 il əvvəl elan edilmişdi. O zaman bu, Koreya yarımadasının Yaponiyanın müstəmləkəçiliyindən azad edilməsinin 70 illiyinə həsr olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...