“17 il Marsdakı gizli hərbi bazada xidmət etmişəm” — Amerikalı hərbçidən şok açıqlama

“17 il Marsdakı gizli hərbi bazada xidmət etmişəm” —

Amerika dəniz piyadalarının kapitanı müsahibəsində şok faktlar açıqlayıb.
“Ölkə.Az” xəbər verir ki, keçmiş hərbçi kapitan Kay iddia edib ki, onun son 17 ili Mars planetində keçib. Key 17 il ərzində astronavtların bazasını yerli sakinlərdən qoruyub!

Sonra kapitan əlavə edib ki, “Earth Defense Force” (Yeri mühafizə xidməti) təşkilatının tabeliyində olan gizli kosmik donanmanın zabitlərindən biridir. Keyin əsas tapşırığı 5 tədqiqat bazasını aqressiv yadplanetlilərdən qorumaq olub. Kapitan 17 il ərzində Rusiya, ABŞ və Çin kimi ölkələrin hərbçiləri ilə işləyib.
Key qeyd edib ki, bir neçə il yad planetdə hərbi xidmətə hazırlıq keçib. Ona bu müddət ərzində kosmik qırıcı və bombardmançıları idarə etməyi öyrədiblər. Bu uçan aparatlar havasız şəraitdə də döyüş əməliyyatı apara bilir. Təlimlər isə Ayda yerləşən gizli bazada keçirilib.

Keçmiş hərbçi eyni zamanda etiraf edib ki, 17 illik xidmətdən çox yorulub. Bu səbəbdən rəhbərlik onun istefa xahişini anlayışla qarşılayıb. Onun istefaya çıxması şərəfinə verilən ziyafətdə ABŞ hökumətinin bir sıra üzvləri, eyni zamanda müdafiə naziri Donald Ramsfeld də iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...