Ərdoğan: "Hitlerin ruhu İsraildə xortlayıb”

Ərdoğan: "Hitlerin ruhu İsraildə xortlayıb”

“Bu dünya yəhudilərin bir dövlətidir demək, həm də dünya yəhudulərini təhlükəyə atmaqdır”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında deyib.

O qeyd edib ki, bölgədə baş verən hər bir haqsızlığın və kədərin sızıltısını ürəklərində hiss edirlər: “Heç şübhəsiz ki, bölgəmizdə ən məzlum bölgə Fələstindir. Zülmə uğrayan hər qardaşımıza yardım edəcəyik. Öz torpaqlarını müdafiə etməkdən başqa heç bir günahı olmayan fələstinlilərin üzərinə döyüş təyyarələri ilə gedən İsrail terror dövlətidir. İsrail qoca, qadın, uşaq demədən atəş açır, qadınları yerlə sürüyür, insanların evlərinin başlarına uçurdur. İsrail “Milli dövlət haqqında" qanun qəbul etməklə ən irqçi dövlət olduğunu sübuta yetirib. Hitlerin ari irq ideologiyası ilə İsrail “bu torpaqlar İsrailindir” deməsi arasında heç bir fərq yoxdur. Hitlerin ruhu İsrailii idarə edən bəzi siyasətçilər arasında yenidən xortlayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...