Heydər Camalın oğlu necə öldürülüb?

Heydər Camalın oğlu necə öldürülüb?

Mərkəzi Afrika Respublikası aralarında Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın da olduğu 3 media nümayəndəsinin öldürülməsi ilə bağlı məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press"ə hadisənin baş verdiyi Sibyu şəhərinin rəsmi şəxsi Marselina Yoyo məlumat verib.

Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti ilə bağlı sənədli film hazırlayan 10 nəfərlik qrup MAR-a yollanıb. Çəkiliş qrupu təhlükəsizlik əməkdaşlarının xəbərdarlığına baxmayaraq saat 19:00-dan sonra Sibyunu tərk edib və qətl hadisəsi şəhərdən 23 km məsafədə törədilib.

Hücum əmmaməli, ərəbcə danışan şəxslər tərəfindən edilib və 3 jurnalist güllələnib. Sibyunun meri Andri Depelenin açıqlamasında bildirilir ki, hadisə zamanı sürücü sağ qalıb.

Qeyd edək ki, Orxan Camal politoloq, yazıçı, filosof və şair Heydər Camalın oğlu idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
700 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...