Türkiyənin valyuta bazarındakı vəziyyəti sabitləşdirmək üçün iqtisadi rıçaq qalmayıb - ANALİTİKA

Türkiyənin valyuta bazarındakı vəziyyəti sabitləşdirmək üçün iqtisadi rıçaq qalmayıb -

Türkiyə rəsmilərinin ABŞ-la münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Vaşinqtona səfər etmələri xəbəri türk lirəsini müvəqqəti bahalaşdırsa da, səfərin nəticəsiz qalmasına dair açıqlamalar yenidən Türkiyənin milli valyutasını ucuzlaşdırdı. Hazırda Türkiyədə dolların məzənnəsi 6 lirə civarındadır.
“Report”un analitik qrupu hesab edir ki, qonşu ölkənin valyuta bazarındakı vəziyyəti sabitləşdirmək üçün iqtisadi rıçaq qalmayıb.

Sonuncu dəfə Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının qarşısını almaq üçün valyuta üzrə məcburi ehtiyat normasını aşağı salaraq bazara 2,2 mlrd. ABŞ dolları məbləğində likvidlik verib. Qurum bundan sonra ən yaxşı halda 100 mlrd. dollarlıq valyuta ehtiyatlarının bir hissəsini bazara çıxara bilər, amma bu, əhəmiyyətsizdir.
Bu gün Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin mövcud vəziyyət barədə açıqlama verəcəyi gözlənilir.

Görünən odur ki, qurum Mərkəzi Bankla keçirdiyi görüşlərdən sonra valyuta bazarındakı gərginliyin bir müddət davam edəcəyi qənaətinə gəlib və hökümət ölkə iqtisadiyyatı üzərində təzyiqi azaltmaq üçün "B” Planına keçməyə qərar verib. Söhbət dövlət büdcəsi xərcləmələrində intizamın gücləndirilməsindən, dövlət banklarının iqtisadiyyatı dəstəkləməsindən, valyuta riskinə məruz qalmış iqtisadi suyektlərə dövlət dəstəyinin veriləcəyindən, milli valyutaya inamın artırılması üçün müsbət ismarıclardan gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...