ABŞ Qara dənizdə hücuma hazırlaşır - Rusiyadan Türkiyəyə İNANILMAZ TƏKLİF

ABŞ Qara dənizdə hücuma hazırlaşır -

Rusiyadan Türkiyəyə ABŞ-ın döyüş gəmilərinin boğazlara buraxılmaması təklifi verilib. Bu təkliflə Dövlət Dumasının deputatı Aleksey Juravlyov çıxış edib. Rusiyalı deputat ABŞ donanmasının “USS Carney” adlı raket daşıyan gəmisinin Qara dənizə daxil olduğunu bildirib.

“ABŞ Qara dənizdə davamlı olaraq təlimlər keçirir. Ukrayna və Gürcüstanı da bu təlimlərə qoşmağı planlaşdırır. Bu cür təlimlərlə Rusiyanı qorxuda bilməzlər. Bu, əslində, Türkiyəyə qarşı bir təhdiddir. Çünki ABŞ Qara dənizdə hərbi müdaxiləyə hazırlaşır. Mənim Ankaraya tövsiyəm odur ki, boğazları ABŞ-ın döyüş gəmilərinin üzünə bağlasın”, - deyə rusiyalı deputat bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...