Türkiyədə qızqaçırma qanla bitdi: üç ölü, dörd yaralı

Türkiyədə qızqaçırma qanla bitdi:

Türkiyədə Hatay vilayətinin İsgəndərun rayonunda qız qaçırmağa görə iki ailə arasındakı gərginlik davaya çevrilib.

Oxu.Az-ın “Habertürk”ə istinadən məlumatına görə, davada üç nəfər ölüb, dörd nəfər yaralanıb.

Hadisə dünən axşam, saat 22:00 radələrində Aşkarbəyli məhəlləsində yaşanıb. İddiaya görə, H.Y. bir müddət əvvəl evlənmək məqsədilə K.O.-nu qaçırıb. K.O.-nun qardaşı İsa O. Aşkarbəyli məhələsinə gedərək, H.Y. ilə dalaşıb. Bu zaman H.Y.-nin qardaşı Əli Y. ilə atası İsmət Y.-ni vurub.

H.Y.-nin qardaşı Mustafa Y. və Məhmət Y. ilə yanaşı, H.Y. və H.G. yaralanıb, K.O.-nun qardaşı İsa O. Isə çıxan silahlı davada vurulub.

İsmət Y. və İsa O. hadisə yerində ölüb. Əli Y. isə qaldırıldığı xəstəxanada həyatını itirib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...