"Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz" - Angela Merkel

 "Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz" -

"Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz".

“Report” xəbər verir ki, bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.

“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.

Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...