“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir”

“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir”


Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabr ayında ölkədə yüksək səviyyəli “Böyük İpək Yolu” Forumunun keçiriləcəyini açıqlayıb.

APA-nın “vz.ru” saytına istinadən verdiyi xəbərə görə, baş nazir bunu paytaxtda keçirilən “Ambassadorial-2015” forumunda çıxış zamanı deyib. İ. Qaribaşvili xatırladıb ki, bu ilin fevralında ilk yük qatarı Çindən Gürcüstan vasitəsilə Avropaya gedib: “Bu, Gürcüstan, Azərbaycan, Özbəkistan və Çinin iştirakı ilə həyata keçirilən “Böyük İpək Yolu” layihəsinin bir parçasıdır.” İ. Qaribaşvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir və bu, Xəzər regionundan Türkiyə vasitəsilə Avropa ilə əlaqə üçün yeni imkanlar açacaq. Qonşu ölkələrlə münasibətlərə də toxunan Gürcüstanın baş naziri ölkəsinin Azərbaycan, Türkiyə və Ermənistanla da sıx əməkdaşlıq etdiyini söyləyib: “Qonşularımız, o cümlədən Rusiyaya münasibətdə praqmatik siyasətin davam etdirilməsi çox vacibdir. Mən sülh dialoqu və praqmatik siyasətə alternativ görmürəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...