Sərkisyan Azərbaycandan Putinə şikayət etdi

Sərkisyan Azərbaycandan Putinə şikayət etdi


Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi regionda qeyri-sabitlik yaranmasına səbəb bilər. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Ermənistan prezidenti Serj Sərkisyan çıxış edib.
S.Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün Tacikistanın paytaxtında keçirilən sessiyasındakı çıxışında deyib ki, KTMT-yə üzv ölkələrin dövlət başçıları məhdud çevrədə “çox kəskin məsələləri” müzakirə ediblər və bu görüş “ənənəvi olaraq qarşılıqlı etimad şəraitində keçib”.


“Mən KTMT-yə üzv ölkələrin dövlət başçılarını Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumatlandırdım. Əsas diqqəti Ermənistan-Azərbaycan sərhədi boyunca mövcud olan gərginlik ocaqlarına, gərginliyin artması təhlükəsinə yönəltdim. Orada dediklərimə bir də qayıtmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdləri və buna adekvat beynəlxalq reaksiyanın olmaması bütün region üçün təhlükəlidir. Burada sabitlik pozula bilər” - deyə Sərkisyan narahatlığını ifadə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...