Dolların bahalaşması bu gün veriləcək qərardan asılıdır

Dolların bahalaşması bu gün veriləcək qərardan asılıdır


Bu gün Bakı vaxtı ilə saat 23:00-da ABŞ-ın Federal Rezerv Sisteminin (FRS) iclası keçiriləcək. Fins.az-ın məlumatına görə, iclasda mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin artırılıb-artırılmaması məsələsi müzakirə olunacaq. Əsas gözlənti faiz dərəcəsinin 0,25%-dən 0,38%-ə çatdırılmasıdır. Bu baş versə, Amerika valyutasının mövqeyi digər dünya valyutaları qarşısında xeyli güclənəcək.

Bütün dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan bu məsələ Azərbaycanda dolların məzənnəsinə də təsir edə, onu bahalaşdıra bilər. Xatırladaq ki, sonuncu dəfə FRS uçot dərəcəsini 9 il bundan əvvəl artırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...