Müsəlman qaçqınlar Münhen pivə festivalından qorxdu

Müsəlman qaçqınlar Münhen pivə festivalından qorxdu


Almaniyaya axışan müsəlman mühacirlər ölkənin Bavariya torpağının paytaxtı Münhen şəhərində 182 ildir ki, keçirilən “Oktoberfest” pivə festivalının ləğvi tələbi ilə şəhərin bələdiyyəsinə müraciət edib.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, müsəlmanlar bunu ətrafda sərxoş insan görməyə öyrəşməmələri və bundan narahat olmaları ilə izah ediblər. Müsəlman miqrantların müraciətində deyilir: “Hörmətli Münhen bələdiyyə sədri. Bu məktubu çoxsaylı müsəlman miqrantların adından sizə yazırıq. Bildirmək istəyirik ki, “Oktoberfest” qeyri-tolerant və İslama zidd tədbirdir. İndiyə qədər çalışmışıq ki, buna fikir verməyək, amma bütün festival ərzində ictimai yerdə çılpaqlıq və spirtli içki qəbul etmək İslama ziddir.

Bilirik ki, “Oktoberfest” hər il keçirilən festivaldır, amma biz müsəlmanlar İslama zidd bir şeyi qəbul edə bilmərik. Çünki bu, bizi və dünyadakı bütün müsəlmanları narahat edib qorxudur. Ona görə də sizi bu festivalı keçirməməyə çağırırıq”. Məlumat üçün bildirək ki, 1810-cu ildən bəri hər il keçirilən festival sentyabrın son günlərindən başlayaraq oktyabra qədər - iki həftə davam edir. Hər il bu festivalda 6 milyondan çox insan iştirak edir. Bu il isə festival Suriyadan gələn mühacir axınının müşayiəti ilə baş tutacaq. Çünki Münhen şəhəri mühacir axınının mərkəzidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...