Almaniyadakı qaçqın düşərgəsində yemək üstündə kütləvi dava

Almaniyadakı qaçqın düşərgəsində yemək üstündə kütləvi dava


Almaniyanın Kassel şəhərindəki qaçqın düşərgələrindən birində gecə saatlarında kütləvi dava baş verib

Nəticədə 3 polis daxil olmaqla, 14 nəfər xəsarət alıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hüquq- mühafizə orqanlarının yaydığı məlumatda deyilir. Kütləvi davada müxtəlif millətlərdən olan 300-dən çox insan iştirak edib. Davanın qida paylanması zamanı iki nəfər arasında baş vermiş mübahisədən sonra başlandığı bildirilir. Dava zamanı taxta dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edilib. Hadisə yerinə təxminən 50-yə yaxın polis əməkdaşı cəlb olunub. Əvvəlcə polis dava iştirakçılarını sakitləşdirməyə müvəffəq olsa da, bir müddət sonra dava yenidən intensivləşib. Yalnız bir neçə saat sonra polis vəziyyətə nəzarəti ələ ala bilib.

Qeyd edək ki, Kassel qaçqın düşərgəsində 1,5 minə yaxın qaçqın yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...