Rusiya Suriyadakı aviaqruplaşmanın sayını ilk dəfə açıqladı

Rusiya Suriyadakı aviaqruplaşmanın sayını ilk dəfə açıqladı

Rusiya Müdafiə Nazirliyi Suriyada yerləşdirilən aviaqruplaşmanın tərkibini və sayını ilk dəfə açıqlayıb. Virtualaz.org saytı xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov Suriyada 50-dən çox döyüş təyyarəsi və vertolyotun yerləşdirildiyini bildirib.

“Aviasiya qruplaşması qısa müddət ərzində yerləşdirilib. Biz bunu bacardıq. Çünki əsas material ehtiyatlarının və döyüş sursatlarının əsas hissəsi Tartusdakı maddi-texniki təchizat bazasında var idi. Geriyə ancaq aviasiyanın yenidən dislokasiyası və bəzi avadanlıqların daşınması qalırdı”- deyə Konaşenkov bildirib. Bundan əvvəl ABŞ kəşfiyyatı Suriyanın Latakiyə şəhəri yaxınlığındakı aerodromda Rusiyanın 28 döyüş təyyarəsini və bir neçə vertolyotunu qeydə almışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...