Rus ordusu Türkiyənin dəstəklədiyi müxalifləri vurdu

Rus ordusu Türkiyənin dəstəklədiyi müxalifləri vurdu


Suriyada İŞİD-in mövqelərini bombardman etdiyini irəli sürən Rusiya əslində Fəth Ordusunun 30 mövqeyini vurub. Avropa.info xəbər verir ki, Livan mətbuatının yaydığı xəbərlərə görə, rus təyyarələri Suriyada 30 hədəfi vurub. Hədəflər arasında Fəth Ordusunun mövqeləri də var. Livanda yayım edən əl-Məyədin televiziyası, rus döyüş təyyarələrinin Cisr əş-Şağur qəsəbəsi və ətrafında 30 hava hücumu həyata keçirdiyi xəbərini yayıb.

Rus döyüş təyyarələrinin bu günki əməliyyatlar zamanı müxalifləri də hədəf aldığı bildirilir. Rusiya dünən Suriyada Humus bölgəsində 20 hava əməliyyatı həyata keçirmişdi. Bu əməliyyatlar zamanı Rusiya rəsmiləri 8 İŞİD mövqeyini vurduqlarını iddia etdiyi halda ABŞ Rusiyanın vurduğu bölgədə İŞİD-in olmadığını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...