Deputatlar məxfi sənədləri PKK-ya ötürüb

Deputatlar məxfi sənədləri PKK-ya ötürüb


Almaniyada sol təmayüllü partiyanın dövlətə aid məxfi sənədləri PKK-ya ötürməsi skandala səbəb olub.

Axar.az xəbər verir ki, Berlin Prokurorluğunda faktla bağlı araşdırmalara başlanıb. Belə ki, deputat Katrin Kunert Türkiyənin Suriyadakı müxalif qruplaşmalara göndərdiyi silahlarla bağlı məhkəməyə sorğu ünvanlayıb. Məhkəmənin qərarına görə həmin materiallar gizli saxlanılmalı idi.

Amma sənədin sürəti PKK-ya yaxın bir qəzetdə yayımlanıb. Məlum olub ki, bu sənədləri mətbuata açıqlayan Almaniyanın solçu deputatları olub və onlar saxlanılıb. Kunert isə həmin sənədləri heç kimə vermədiyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1053 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...