Azərbaycanlı milyarderin nadir pul kolleksiyası – FOTOLAR
Rusiya paytaxtı Moskvada bərpa olunan Zinovyev – Yusipovlar malikanəsində Azərbaycanlı milyarder, Rusiyanın “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun qəpik kolleksiyasının sərgiləndiyi numizmatika muzeyi açılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Ələkbərovun sözlərinə görə, o, öz kolleksiyasını 14 il ərzində toplanılıb: “Muzey eyni zamanda həm şəxsi, həm də hamı üçündür. Numizmatika yalnız hər hansı bir ölkənin qəpikləri və ya maliyyə sistemi haqqında məlumat vermir. Bu dövlətin tarixini daha dərindən öyrənməyə imkan verir. Fikrimcə, belə bir tarixi dəyərlərə yalnız peşəkar cəmiyyətin nümayəndələri deyil, onlarla tanış olmaq istəyən hər bir şəxsə imkan yaradılmalıdır”.
Muzeydə Rusiya çarı Pyotrun dövründən bu günlərə qədər eksponatlar təqdim olunub: Eksponatlar sırasında 1701 və 1711ci ilə aid qəpiklər, 1756-cı ilə aid rubl, 1886-cı ilə aid 5 rubl, həmçinin I Nikolayın dövründə istifadə də olan platin qəpiklər də var. Ekspoziyanın bir hissəsi isə antik (qədim Yunanıstan, qədim Roma və Bizans İmperiyası) qəpiklərə həsr olunub.
1067 dəfə oxundu