Prezident bacısını işdən çıxardı

Prezident bacısını işdən çıxardı


Şimali Koreya lideri Kim Çen In kiçik bacısı Kim Yo Çjonu şəxsi təhlükəsizliyi ilə bağlı məsələlərlə məşğul olmaqdan uzaqlaşdırıb. "Report" xəbər verir ki, bu haqda Cənubi Koreyada çıxan "Çoson ilbo" qəzeti məlumat yayıb. Məlumata görə, 2015-ci ilin mayında gənclər festifalında tədbirə toplaşanlar Kim Çen Inin əlindən tutumuş və onu dövrəyə almışdılar. Bu hadisə Kim Yo Çjonun işdən uzaqlaşdırılmasına səbəb olan son amil sayılır.

Məlumata görə, başqa bir hadisə isə kolxozda baş verib. Həmin tədbirdə ölkə liderinin qarşılayarkən, musqiçilərdən biri gitaranı təsadüfən az qala Kim Çen Inın üzünə vuracaqmış. Xəbərdə bildirilib ki, Kim Yo Çjon Koreye Əmək Partiyasının protokol xidmətinin başçısı təyin edilib. Bundan başqa o, qardaşının ən yaxın siyasi müşaviri də sayılırmış.

Kim Yo Çjon qardaşının xarici görünüşü, imici və təhlükəsizliyinin təmin olunması kimi məsələlər üzrə məsuliyyət daşıyırmış.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...