Fransa təyyarələri İŞİD-in Suriyadakı təlim düşərgələrini bombalayıb

Fransa təyyarələri İŞİD-in Suriyadakı təlim düşərgələrini bombalayıb


Fransa Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı təlim düşərgəsini bombalayıb. APA-nın xəbərinə görə, bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drian “Europe 1” radiostansiyasının birbaşa efirində bildirib.

“Fransa İŞİD-in Raqqadakı mövqelərinə hücum edib. Bu, bizim ilk və son əməliyyatımız deyil. “Rafali” qırıcıları terrorçuların təlim düşərgələrini bombalayıb. Qarşıya qoyulan tapşırıq yerinə yetirilib”.

Xatırladaq ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ekstremistlərin Suriyadakı mövqelərinə ilk aviazərbələri sentyabrın 30-da həyata keçirib. Həmin zərbələr nəticəsində “Xilafətin uşaqları” adlı hərəkatdan 12-si uşaq olmaqla, 30 silahlı öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...