Avropa Birliyi Lukaşenkonu sanksiyalardan azad edir

Avropa Birliyi Lukaşenkonu sanksiyalardan azad edir


Avropa Birliyi Belarusa, o cümlədən ölkə başçısı Aleksandr Lukaşenkoya tətbiq etdikləri sanksiyaları aradan qaldırmağa hazırlaşır. Modern.az xarici KİV-ə isitnadla xəbər verir ki, bu barədə qərar oktyabrın 12-də Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə verilə bilər.

“Reuters” agentliyinin diplomatik məbbələrdən ələd etdiyi məlumata görə, Avropa Birliyinin mövqeyinin yumşalmasına səbəb Lukaşenkonun 6 siyasi məhbusu azad etməsi və Ukrayna böhranı zamanı vasitəçi kimi uğurlu fəaliyyət göstərməsi olub: “Lukaşenkonun prezident seçkilərindəki davranışından asılı olaraq sanksiyaların 4 ay müddətinə dondurulması barədə qərar bazar ertəsi günü verilə bilər”.

Bundan öncə, Rusiya prezidenti Vladimir Putin Belarus ərazisində hərbi hava bazasının yaradılması barədə göstəriş versə də, Lukaşenko belə bir bazanın yaradılacağından xəbərsiz olduğnu deyib. Belarusda prezident seçkiləri oktytabrın 11-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...