Ukraynadan Ast Telmana ağır ittihamlar

Ukraynadan Ast Telmana ağır ittihamlar


Ukrayna parlamentinin 25 deputatı hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə Odessa vilayətindəki keçmiş “Yeddinci kilometr”, indiki “Avanqard” bazarı haqda şikayət göndərib. Şikayətdə deyilir ki, bu bazarın ortağı olan Yuri İvanşenko qaçaqmalçılıq, reyder hücumları və Luqansk separatçılarının maliyyələşdirilməsi ilə məşğul olur.

“Yura Yenakiyevski” kimi tanınan İvanşenko devrilmiş prezident Viktor Yanukoviçin adamıdır, onun Regionlar partiyasından deputat olub. “Yeddinci kilometr” bazarının səhmlərinin 53 faizi Azərbaycan əsilli yəhudi oliqarx, hazırda müflis durumda olan Telman İsmayılovun AST şirkətlər qrupunun mülkiyyətindədir. Virtualaz.org saytı xəbər verir ki, şikayəti imzalayan deputatlardan biri Andrey Levus “reyder hücumu ilə ələ keçirilən” bazar Yanukoviçin ailəsini maliyyə ilə təmin edir, həmçinin separatçılara pul verir.

Onun sözlərinə görə, İvanşenko Odessa limanı vasitəsilə qaçaqmalçılıqla məşğuldur. Bazarda alver edənlərə “haqq” qoyulub, milyardlarla qriven büdcədən yan keçir. 2010-cu ildə bazarın direktoru Viktor Dobryanski və qızı İrina səhmlərin 52 faizini satıb. Bu səhmlərin alıcısı kimi “AST” şirkətlər qrupu göstərilirdi. Xəbər yayılıb ki, Telman İsmayılov bazarı Yanukoviçin adamı İvanşenkoya pay ayırmaqla alıb. Daha sonra İvanşenko bazarda 21 faiz payının olduğunu təsdiqləyib.

Ötən il İvanşenkonun adamları bazarın qalan səhmdarlarının paylarını zorla əllərindən alıb. Xatırladaq ki, Telman İsmayılovun barəsində “Bank Moskva” tərəfindən iddia qaldırılıb. Bank T.İsmayılovun ona borclu olduğu 288 milyon dolları ödəmək qabiliyyətinin olmadığını bildirir və iş adamını müflis elan etməyi tələb edir. T.İsmayılovun başqa banklara, o cümlədən Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcları var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...