İran Ermənistanda külək stansiyası tikəcək

İran Ermənistanda külək stansiyası tikəcək


İranın “Sadid” sənaye qrupu Ermənistanda külək elektrik stansiyası tikməyi planlaşdırır.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan-İran biznes forumunda şirkətin inkişaf üzrə sədrinin müavini Əmir Hüseyn Kave bildirib. Onun sözlərinə görə, artıq küləklə işləyəcək stansiya üçün Ermənistana dörd turbin göndərilib. Yaxın iki ildə turbinlərin sayının 70-ə çatdırılması gözlənilir ki, bu da 50 mVt enerji əldə etməyə imkan verəcək.

“İki ölkə arasında sazişlər imzalanıb. Biz özəl şirkət olduğumuzdan bu məsələdə İran və Ermənistan hökumətlərinin bizə dəstək olacağını gözləyirik. Bizim xarici investisiyalar üçün sponsorlarımız var. Biz proqramımızı həyata keçirmək üçün bizə qanunla yardım edilməsini istəyirik”, - deyə Kave bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...