Kılıçdaroğlu pkk-çı partiya lideri ilə görüşdü
Cümhuryiyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Səlahəddin Demirtaşla görüşüb.
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, görüşdən sonra CHP və HDP lideri açıqlama veriblər.
Kılıçdaroğlu deyib ki, Suriyadan gələn “canlı bombalar” Ankaranın mərkəzində partlayış törədiblər: “Türkiyə rəhbərliyində ciddi bir zəiflik var. İdarə edə bilmirsinizsə, buraxacaqsınız. Davutoğlu iki naziri istefaya göndərməlidir. Bu ölüm sayı çatmırmı onlara? Əgər təhlükəsizlik zəifliyi yoxsa, bu 100 adam necə öldü?”.
HDP lideri də Ankaradakı terrorla bağlı danışıb: “Çətin günlərdən keçdiyimiz bu dövrlərdə bu cür görüşmələr məzmunundan çox ümidi qoruma baxımından əhəmiyyətlidir. HDP olaraq kim bizə barış üçün bir addım atırsa, 10 addım atmağa hazırıq. Hörmətli Kılıçdaroğlu ilə bu mövzuda fikirlərimizi paylaşdıq. Ankara hücumundan sonra ana müxalifət lideri olaraq rəhbərlik boşluğunu doldurmağa çalışması bizlər üçün əhəmiyyətlidir. Ona bu mövzuda təşəkkür etdik. Problemləri barış içində, dialoqla həll etmək istəyən hər kəsə qapımız açıqdır”.
1041 dəfə oxundu