Kadırov Pompeonu kəndə dəvət etdi: “Bura gəlin, çox gözəldir”

 Kadırov Pompeonu kəndə dəvət etdi:
Çeçenistan lideri Ramzan Kadırov "qara siyahı"ya salınmasına cavab olaraq ABŞ-ın dövlət katibi Mayk Pompeonu ölkəsinə dəvət edib.
Azvision.az xəbər verir ki, bu barədə Kadırov Qroznı TV-də yayımlanan videomüraciəti zamanı bildirib.

"Məlum olduğu kimi, daha bir başqa sanksiya siyahısına daxil edildim. Sən demə, belə siyahılar ABŞ-da çoxdur. Mən çox qorxdum və ata-baba kəndim Benoya gəldim. Pompeo, bura gəlin, çox gözəldir. Gəlin danışaq, görək kim hansı hüquqları pozur".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ramzan Kadırovu İnsan haqlarını pozan şəxslərin olduğu "qara siyahı"ya salıb. Siyahıda onun həyat yoldaşı Mədni Kadırovanın, qızları Ayşat və Karina Kadırovaların da adları yer alıb. Bununla onların ABŞ-a girişi qadağan olunub. Daha əvvəl isə Kadırov ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...