Ukraynada təhlükəsizlik tədbirləri gücləndirilir

Ukraynada təhlükəsizlik tədbirləri gücləndirilir

Ukraynanın Milli Polis İdarəsi ölkənin doqquz bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirib.

“RİA Novosti” xəbər verir ki, bu, çərşənbə axşamı Lutsk şəhərində bir şəxsin 20 nəfəri girov götürməsi ilə əlaqədardır.

Ukrayna Təhlükəsizlik Şurası hadisəni terror aktı kimi qiymətləndirib və Daxili İşlər Nazirliyi üç maddə - girov götürmə, hüquq-mühafizə orqanının əməkdaşının həyatına qəsd və qeyri-qanuni silah işlətmə ilə cinayət işinə başlayıb.

Qeyd edək ki, həmin şəxs saxlanılıb, onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...