Pelosi COVID-19-u “Trampın virusu” adlandırdı

Pelosi COVID-19-u “Trampın virusu” adlandırdı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampı koronavirusla müqayisə edib.

Bunu N.Pelosi CNN telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Tramp iyulun 21-də brifinqdə maska taxıb, amerikalıları onun nümunəsinə uyğun davranmağa çağırmaqla öz səhvlərini etiraf edib.

N.Pelosi bildirib ki, əgər prezident bunu daha əvvəl etsəydi, bir çox insanlar ondan nümunə götürərdi. Lakin prezidentin COVID-19-a yanlış reaksiyası səbəbindən minlərlə insan ölüb.

“Əslində, aydındır ki, bu, Trampın virusudur”, - deyə N.Pelosi qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...