Zelenski 13 sərnişini girov götürən şəxslə nə danışdı?

Zelenski 13 sərnişini girov götürən şəxslə nə danışdı?
Ukrayna Prezidenti Vladimir Zelenski Lutsk şəhərində avtobusda 13 sərnişini girov götürən şəxslə telefon danışığı barədə açıqlama verib.

"Qafqazinfo" "Ukrainskaya Pravda"ya istinadən xəbər verir ki, Zelenski onunla 10 dəqiqəyə yaxın danışdığını bildiriib. "Onunla 7-10 dəqiqə danışdıq. Onun ilk addımı atacağı, bir neçə insanımızı sərbəst buraxacağı barədə razılaşdıq. Yaralıları, hamilə qadını və uşağı sərbəst buraxmağı xahiş etdim. Yaralıların olmadığını, bunu blef olaraq dediyini bildirdi. Beləliklə, razılaşdıq ki, üç nəfəri azad edəcək və bundan sonra mən video çəkəcəm. Video sosial şəbəkədə yayımlandıqdan sonra yarım saat ərzində bütün insanları sərbəst buraxdı. Əgər bir insanın həyatını belə riskə atmadan, silahsız yolla bir şey edə biliriksə, o zaman ... mən belə prinsiplərlə yaşayıram, yaşamışam və yaşayacağam. "

Zelenskinin sözlərində görə, doqquz saat ərzində psixoloqlardan tutmuş əlaqələndiriciyə qədər hamı o şəxslə danışıb, ancaq o, yalnız tələblərininin yerinə yetirilməsini istəyib.

"Dərhal xüsusi bir əməliyyat keçirməyi təklif etdilər. Hansı ki, necə bitəcəyini bilmirdik. Yəni bu, sürətli bir hücum olardı. Əminəm ki, effektiv olardı. Ancaq ölüm təhlükəsi həmişə var.",-deyə Zelenski qeyd edib

Xatırladaq ki, çərşənbə axşamı, silahlı bir şəxs Lutsk şəhərinin mərkəzində 13 sərnişinin olduğu avtobusu girov götürmüşdü. Bir gün davam edən danışıqlardan sonra, o, asayiş keşikçilərinə təslim olub, 13 girovun hamısı sərbəst buraxılıb, xəsarət alan olmayıb.

Hadisədə dönüş nöqtəsi Ukrayna Prezidentinin təcavüzkarın tələbini yerinə yetirdikdən sonra baş verib - Prezident onun tələbi ilə ukraynalıları "Yerlilər" filmini izləməyə çağırıb. Zelenski bu tələbi yerinə yetirdikdən sonra həmin şəxs əsirləri sərbəst buraxmağa razılaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...