Ermənistanda 2 mindən çox uşaqda COVID-19 aşkarlanıb

Ermənistanda 2 mindən çox uşaqda COVID-19 aşkarlanıb


Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlandığı uşaqların sayı açıqlanıb.

APA-nın “Armenpress”ə istinadən verdiyi xəbərə görə, iyulun 17-nə olan məlumata əsasən, Ermənistanda 2 230 uşaqda COVID-19 aşkarlanıb.


Virusun aşkarlandığı uşaqlardan ən balacası 28 günlük körpədir.

1 134 uşağın vəziyyəti yüngül və orta qiymətləndirilir. Uşaqlardan birinin vəziyyəti son dərəcə ağır, 12 uşağın vəziyyəti isə ağırdır.

COVID-19-un aşkarlandığı uşaqlardan 1 231 nəfəri oğlan, 999 nəfəri qızdır.

Xəstəlik aşkarlanan uşaqlardan 1 665 nəfəri sağalıb.

Xatırladaq ki, Ermənistanda indiyədək 36 613 nəfər COVID-19-a yoluxub, 692 nəfər ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...