Ermənistanda uşaqların satılmasına dair daha bir fakt

 Ermənistanda uşaqların satılmasına dair daha bir fakt

Ermənistanda yeni doğulmuş uşağın satılması ilə bağlı daha bir fakt müəyyənləşib.
Azvision.az xəbər verir ki, Ermənistan Baş prokurorluğunun mətbuat xidməti qızını 1,2 milyon drama (təxminən 3 min dollar) satan 28 yaşlı Gümrü sakini barədə məlumat yayıb.

20 avqust 2018-ci il tarixində Gümrü sakininin uşağını İrəvandan olan cütlüyə satdığı barədə məlumat daxil olub. Araşdırma zamanı qadının ərinin (1989-cu il təvəllüdlü) Rusiyada işlədiyi dövrdə qız övladı dünyaya gətirdiyi bəlli olub.

Qadın qayınanasına və ərinə uşağın öldüyünü söyləyib və anasının köməyi ilə yeni doğulmuş uşağı İrəvanda yaşayan cütlüyə satıb. Polis onların uydurma məlumatlar təqdim edərək atalıq faktını qeydə aldırdıqlarını bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, son vaxtlar Ermənistanda uşaqların satılması ilə bağlı daha bir neçə hal qeydə alınıb. Bundan əvvəl Berkanuş kəndinin bir sakininin həkimin köməyi ilə yeni doğulmuş uşağını 2 min dollara satdığı aşkar edilib.

Digər hadisə Kotay bölgəsində baş verib. Kişi Ararat bölgəsindəki doğum evlərindən birindən yeni doğulmuş qızı 1500 dollara alıb.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında ölkənin Milli Təhlükəsizlik Xidməti yeni doğulmuş uşaqların qanunsuz övladlığa götürülməsi və insan alveri ilə bağlı böyük bir şəbəkə aşkarlayıb. Dekabr ayında bu iş üzrə Respublika Doğum xəstəxanasının müdiri Razmik Abramyan, müavini Arşak Cerceryan, habelə "İrəvan Uşaq Evi" dövlət təşkilatının direktoru Liana Karapetyan tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...