Müxbir küçədə maska taxmayanları döydü - VİDEO

Müxbir küçədə maska taxmayanları döydü -
Dünyada koronavirus pandemiyası davam edərkən, Pakistanda ilginc bir hadisə yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin komediya proqramlarından birinin müxbiri Lahorda epidemiya ilə mübarizə çərçivəsində maska taxmayanları hədəf alıb. Müxbir küçədə maska taxmayan bir nəfərə yaxınlaşaraq, öncə nə üçün maska taxmadığını soruşub və daha sonra onu sillələməyə başlayıb.

Maska taxmayan digər bir nəfərə yaxınlaşan jurnalist bu dəfə hər iki şəxsi eyni anda döyməyə başlayıb.

Sözügedən anlar sosial şəbəkələrdə izlənmə rekordları qırıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...