Lukaşenkonun əsas rəqibi Belarusu tərk etməyinin səbəbini açıqladı: "Uşaqlar həyatımızda..." – VİDEO

Lukaşenkonun əsas rəqibi Belarusu tərk etməyinin səbəbini açıqladı: "Uşaqlar həyatımızda..." –


Belarus prezidentliyinə namizəd, Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya videomüraciətində ölkəsini uşaqları xatirinə tərk etdiyini deyib.

KONKRET.az xəbər verir ki, daha əvvəl onun Litvaya getdiyi məlum olub.

Bəzi məlumatlara görə, siyasətçinin gedişini ölkə hakimiyyəti təşkil edib.

Tixanovskayanın sözlərinə görə, o, olduqca çətin bir seçimlə üzləşib və ölkəni təkbaşına tərk etmək qərarı verib.

O, bu seçki kampaniyasının onu çox dözümlü edəcəyini, güc verəcəyini və hər şeyə dözəcəyini düşünürmüş, ancaq əvvəlki kimi yenə də zəif qadın olaraq qalıb:

“Özüm üçün çox çətin bir qərar verdim. Bu qərar tamamilə müstəqil oldu, nə dostlar, nə qohumlar, nə qərargah, nə də Sergey (əri Belarus həbsxanasında yatır) mənə heç bir şəkildə təsir edib” deyə siyasətçi vurğulayıb.

Tixanovskaya deyib ki, onun gedişinə ziddiyyətli bir reaksiya olacaq, çoxları onu başa düşəcək, çoxları qınayacaq və bəlkə də nifrət edəcək.

“Bilirsiniz, Tanrı heç kimi mənim qarşılaşdığım bir seçimlə üz-üzə qoymasın. Buna görə də insanlar, özünüzə qayğı göstərin. Həyat indi baş verənlərin heç birinə dəyməz. Uşaqlar həyatımızda ən vacib şeydir”, – deyib.

Tixanovskayanın iki övladı var: qızının dörd yaşı, oğlunun isə 10 yaşı var.

9 avqust bazar günü, Belarusda prezident seçkiləri keçirilib.

Rəsmi məlumatlara görə, hazırkı prezident Aleksandr Lukaşenko seçicilərin 80,23% səsini əldə edərək seçkidə qalib gəlib.

9,90% Tixanovskayaya verilib. Səsvermə başa çatdıqdan sonra ölkədə kütləvi etirazlar və polislə toqquşmalar başlayıb, nəticədə bir nəfər ölüb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...