ABŞ Lukaşenkonu prezident kimi tanımır - “Seçkilər ədalətli deyildi”

ABŞ Lukaşenkonu prezident kimi tanımır -
ABŞ Aleksandr Lukaşenkonu Belarusun qanuni seçilmiş prezidenti kimi tanımır.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Avqustun 9-da keçirilən seçkilər azad və ədalətli deyildi. Elan olunmuş nəticələr legitimliyi əks etdirmirdi. ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Aleksandr Lukaşenko Belarusun yeni prezidenti kimi and içib. ABŞ-la yanaşı daha 5 dövlət Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...