Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza müraciət edib
Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.
“Report”un yerli bürosu xəbər verir ki, müraciətdə Azərbaycan dövləti və Silahlı Qüvvələrinin onların qarşısında duran vəzifənin öhdəsindən gəlmək üçün bütün lazımi imkanlara malik olduğu bildirilib.
Qeyd olunub ki, bu baxımdan, ölkə kənarından könüllülərin cəlb olunmasına, eyni zamanda, əşya və əmtəə timsalında humanitar yardım və ianələrə də ehtiyac duyulmur.
Müraciətdə vurğulanıb ki, maliyyə ianələri etmək istəyən şəxslər isə onu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu vasitəsilə həyata keçirə bilərlər. Fondun bank rekvizitləri Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi saytında link üzrə əldə oluna bilər.
Səfirlik həmçinin nəzərə çatdırıb ki, yerlərdə onun adından və ya Azərbaycanın digər dövlət qurumları adından pul vəsaitinin toplaması həyata keçirilmir və bu səpkidə səsləndirilə biləcək kimi çağırışlar əsassızdır.
Diplomatik nümayəndəlik soydaşlarımızı mövcud şəraitdə vəziyyətə anlayışla yanaşmağa, ayıq-sayıq olmağa, mümkün təxribatlara uymamağa və Gürcüstanın qəbul olunmuş norma və qanunlar çərçivəsində fəaliyyət göstərməyə çağırıb: “Sizin mənəvi dəstəyiniz, bu günlərdə də həmişə olduğu kimi, Azərbaycanla birgə durmağınız göz qabağındadır”.
551 dəfə oxundu