Donald Trampın koronavirusa yoluxması birjalarda əks-səda doğurdu
ABŞ Prezidenti Donald Trampın və xanımının koronavirusa yoluxması xəbəri yayldıqca Tokio Fond Birjasındakı (TSE) başlıca indekslər 0,7 – 1 faiz geriləyib.
“Report” xəbər verir ki, bu gün keçirilən hərracda Yaponiyanın 225 ən iri şirkətini ehtiva edən “Nikkei” indeksi sentyabrın 30-na olan səviyyəsinə nisbətən 0,67 faiz azalaraq 23.090,9 bənddədək, birjanın birinci bölümündəm olan bütün şirkətləri ehtiva edən “TOPİX” indeksi isə 1 faiz azalaraq 1.609,22 bəndədək geriləyib.
Səhər hərracının sonunadək indekslər bir qədər artaraq günün ikinci yarısında müsbət zonada dəyişkənlik göstərib.
Qeyd edək ki, çərşənbə axşamı TSE gün ərzində işləməyib. Birjanın rəhbəri Koiçivo Miyahara bunun sistemdəki nasazlıqla bağlı olduğunu, kiber hücumla bağlı əlamət görülmədiyini açıqlayıb. Hərçənd indekslərin vəziyyətinə bunun elə bir təsiri olmayıb. Yaponiyanın Sapporo, Naqoya, Fukuoka fond birjaları da çalışmayıb, yalnız Osaka Fond Birjası (OSE) və Tokio Xammal Birjasında (TCE) hərraclar davam edib.
541 dəfə oxundu