İsrailin baş naziri 80 min fələstinlini Qüdsdən qovur

İsrailin baş naziri 80 min fələstinlini Qüdsdən qovur

İsrailin baş naziri Benyamin Netanyahu Şərqi Qüdsün bəzi məhəllələrində yaşayan 80 min fələstinlini şəhərdən qovmaq istədiyini deyib. Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail hökumətinin iclasında çıxış edən B.Netanyahu Şərqi Qüdsdə yaşayan və pasportları olduğuna görə şəhərə girib-çıxa bilən fələstinlilərin bu haqqını əllərindən almağı təklif edib.

“Buralarda qanun tətbiq edilmir. Onların yaşayış haqqında icazəsinin ləğv olunması müzakirə edilməlidir” - deyə İsrailin baş naziri bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...