Hikmət Hacıyev dünya ölkələrinə müraciət etdi

Hikmət Hacıyev dünya ölkələrinə müraciət etdi


“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

"Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan XİN işğal altındakı Dağlıq Qarabağ bölgəsinə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün ezam olunmuş "Novaya Qazeta"nın əməkdaşı İlya Azara verdiyi akkreditasiyanı ləğv edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
629 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...