Bişkekdə fövqəladə vəziyyət rejimi uzadıldı

Bişkekdə fövqəladə vəziyyət rejimi uzadıldı
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov paytaxt Bişkekdə fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzadıb.

“Report” “24.kg”ya istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası prezidentinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, 2020-ci il oktyabrın 12-dən 19-dək saat 20:00-dan 07:00-dək Bişkekdə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

Qırğızıstan daxili işlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekin komendantı təyin olunub.

Qeyd edək ki, S.Jeenbekov tərəfindən Bişkekdə fövqəladə vəziyyət rejimi birinci dəfə oktyabrın 9-da təyin olunsa da, deputatlar toplaşmadığı üçün parlament bu sərəncamı təsdiqləməmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...