Hərbi cinayətlər Ermənistan üçün normaya çevrilib - Hülusi Akar

Hərbi cinayətlər Ermənistan üçün normaya çevrilib -

Ermənistan Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutduğuna görə həm tarix qarşısında, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən məsuliyyət daşıyacaq.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı hərbi cinayətlər törədir:

“Ermənistan regionda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər törədərək həmişə çox aqressiv hərəkət edib. İrəvanda bunu adət halına çeviriblər, bu, Ermənistan üçün norma olub”. H.Akarın sözlərinə görə, Ermənistanın hərəkətləri düşüncəsizdir və humanitar atəşkəsə dair razılıqları pozmağa da yönəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...