İŞİD məsciddəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD məsciddəki terrora görə məsuliyyəti öz üzərinə götürdü


Səudiyyə Ərəbistanın Nəcran şəhərində terrorçu-kamikadzenin məsciddə özünü partlatması barədə məlumat verilmişdi. Musavat.com-un məlumatına görə, artıq İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” xəbər yayıb.
Terror aktı nəticəsində üç nəfər ölüb. Xəsarət alanların sayı dəqiqləşdirilir.


Hadisənin təfərrüatları müəyyənləşdirilir. Böyük ehtimalla, məscid şiələrə məxsus olub.
Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...