Telman İsmayılov batdı - ortağı italyanlarla restoran işinə girdi
Azərbaycan əsilli keçmiş yəhudi milyarder Telman İsmayılovun biznes ortağı Leonid Rafailov Moskvada restoran biznesinə girib. Virtualaz.org saytı “Kommersant”a istinadən xəbər verir ki, Rafailov Moskvanın mərkəzində yerləşən “La Scarpetta” italyan restoranının və “Don Giulio Salumeria” ərzaq dükanının həmsahibidir. İtalyan Culio Dzompi ilə birlikdə o, həmin biznesə 1 milyon dollar yatırıb. Partnyorlar bizneslərini genişləndirməyə və Moskvada italyan üslubunda kofe-şirniyyat evi açmağa hazırlaşırlar.
Məlum olub ki, Leonid Rafailov italiyalı ortağı ilə ötən ilin oktyabrında ASC tipli dörd müəssisə qeydiyyatdan keçirib. Culio Dzompi 2000-ci illərin əvvəllərindən Moskvada bizneslə məşğuldur. Rafailov isə AST şirkətlər qrupuna daxil olan “AST-İnternational İnvoeronment” şirkətinin baş direktoru və səhmlərinin 10 faizinin mülkiyyətçisidir. Şirkətin səhmlərinin qalanı T.İsmayılova, oğlu Sərxana və Simand Simanduyevə məxsusdur. Hazırda Telman İsmayılovun aktivlərinin böyük əksəriyyətinə həbs qoyulub. Oliqarx borc bataqlığındadır və yarım milyard dollardan çox borcu var. Kreditorlar onun barəsində iddia qaldıraraq hər yerdə aktivlərini dondurublar, özünün isə müflis elan edilməsini tələb edirlər.
T.İsmayılovun ortağı olan Daniel Rafailov da Azərbaycan əsillidir, Qubadakı məşhur Qırmızı qəsəbədəndir. Onun digər iki qardaşı Januko Rafailov və Don Rafailov da T.İsmayılovla ortaq olub. İki il əvvəl Januko Rafailov direktoru olduğu “AST Cargo” şirkətinə məxsus anbar-konteynerlərdə yüzlərlə vyetnamlının qul kimi işlədilməsinə görə həbs edilmişdi.
1307 dəfə oxundu