Türkiyə 100 gündə 155 şəhid verib

Türkiyə 100 gündə 155 şəhid verib


Türkiyədə son 100 gündə PKK terrorçularının hücumu nəticəsində 155 hüquq mühafizə orqanlarının əməkdaşı şəhid olub. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, dünyasını dəyişən 78 nəfər ailəli olub. Onların da 120 uşağı yetim qalıb. Eyni zamanda 6 nəfərin ölümündən sonra övladı dünyaya gəlib.

Təkcə Türkiyənin cənub-şərq hissəsində və İstanbulda terrorçuların hücumu nəticəsində 89 əsgər, 63 polis və 3 mühafizəçi şəhid olub. Ən çox şəhid verən vilayət isə Hakkaridir. Yaş sıralamasına gəlincə isə: 20-30 yaş arası 100, 30-40 yaş arası 34 , 40-54 yaş arası isə 21 şəhid var. Hücumlar nəticəsində ölənlərdən 6-sı tabor komandiri və polis rəisidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1028 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...