Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb

Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb
Ermənistanda etiraz aksiyaları davam edir.

APA-nın xəbərinə görə, polisdən bildirilib ki, bu gün İrəvanın Respublika meydanında keçirilən razılaşdırılmamış aksiyada 85 nəfər saxlanılıb.

Bundan başqa, bu gün bir qrup nümayişçi İrəvanın mərkəzində yerləşən müxtəlif küçələrdə yolları bağlamağa cəhd göstərib. Polis onların qarşısını alıb, bir neçə nəfərin saxlanıldığı bildirilir.

Aksiya iştirakçılarının əsas tələbi Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verməsidir.

Qeyd edək ki, İrəvanda etiraz aksiyaları noyabrın 10-dan başlayıb. Aksiyaların əsas təşkilatçıları “Respublika, “Daşnaksutyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır. Onlar Ermənistanın Qarabağ müharibəsində məğlub olmasının əsas səbəbkarı kimi Baş nazir Nikol Paşinyanı görür, onun istefaya getməsini tələb edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...