Mnatsakanyan ailəsini Ermənistandan qaçırır - BMT-yə iş üçün müraciət etdi
Ermənistanın keçmiş Xarici İşlər naziri Zöhrab Mnasakatyan ölkədən qaçmağa hazırlaşır.
Eks nazir ilk növbədə ailəsini Ermənistandan çıxarmaq, daha sonra isə ölkəni tərk etmək niyyətindədir.
“Mediaport” Telegram kanalının yaydığı məlumata görə, Mnasakatyan ailəsini ölkədən çıxarmasına yardım etməsi üçün BMT-nin Baş katibi Antonio Qutterişə müraciət edib. O həmçinin Qutterişdən işlə təmin olunmasına da yardım göstərməsini istəyib. BMT-nin Baş katibi bu barədə fikirləşəcəyini bildirib.
Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. 2018-ci ilin mayında Ermənistanın Xarici İşlər naziri vəzifəsinə təyin olunub. 2020-ci il noyabrın 16-da, Qarabağ savaşındakı acı məğlubiyyətdən sonra istefa verib.
Mnasakatyanın ailəsinin təhlükəsizliyini düşünməsi və ölkədən getmək istəməsi erməni cəmiyyətinin qəzəbinə səbəb olub. “Göründüyü kimi biabırçı məğlubiyyətin günahkarları olan hətta bu vəziyyətdə də belə, özlərinin və ailələrinin rifahı barədə düşünür”, - erməni internet resurslarında qeyd edilir.
523 dəfə oxundu