İran tarixində ilk: qadın səfir təyin edildi

İran tarixində ilk:


İnqilabdan sonra İranda ilk dəfə qadın səfir təyin olunub. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfham İslam Respublikasının Malayziyadakı səfiri postuna təyin edilib. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Bu, 1979-cu ildə İslam inqilabından sonra İranda ilk haldır ki, qadın səfir vəzifəsində təyinat alıb.

Əfham Kuala –Lumpurdakı missiyasına yaxın vaxtlarda başlayacaq. Qeyd edək ki, 53 yaşlı Mərziyə Əfham 2013-cü ilin avqustunda ölkə XİN-in rəsmi nümayəndəsi vəzifəsinə təyin olunub. Həmin vaxt bu İranda böyük rezonansa səbəb olmuşdu. Daha əvvəl isə o, 8 il ərzində XİN-in informasiya və nəşrlər üzrə baş direktoru vəzifəsində çalışıb. Əfham İran tarixində səfir təyin edilən ikinci qadındır. 1976-cı ildə İran şahı Məhəmməd Rza Pəhləvi Mehrangiz Dolatşahini Danimarkaya səfir təyin etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...