ABŞ-da prezident seçkilərində 288 min bülleten yoxa çıxıb
ABŞ-da 3 noyabr prezident seçkiləri zamanı 288 min bülleten təhvil verildikdən sonra yoxa çıxıb, həmçinin 100 min blank fərqli tarixlə nömrələnib.
Azvision.az xəbər verir ki, bu barədə “Washington Examiner” nəşri bir sıra mənbələrə istinadla yazıb.
Xüsusilə, Poçt Xidməti subpodratçısının sürücüsü Cessi Morqan 21 oktyabrda 288 minədək tamamlanmış bülleteni Nyu-York əyalətindən Pensilvaniyaya apardığını, ancaq təyinat yerində onun yükünün itdiyini iddia edib.
Başqa bir işçi, 4 noyabrda səhər Viskonsin ştatında 100 mindən çox formanın fərqli tarixlə nömrələndiyini deyib. Bundan əlavə, vurğulanıb ki, Miçiqan və Pensilvaniyada respublikaçı Donald Trampın səsləri "Çatdırılmamış iş poçtları" etiketli qutularda sıralanıb. Demokratik Cozef Baydenin bülletenləri isə vaxtında çatdırılıb.
Baş prokuror Uilyam Barr “Associated Press”ə verdiyi müsahibədə departamentin və ABŞ Federal Təhqiqat Bürosunun (FTB) səsvermənin nəticələrini dəyişdirə biləcək genişmiqyaslı saxtakarlıqları hələ müəyyən etmədiyini söyləyib.
ABŞ-da prezidet seçkiləri 3 noyabrda keçirilib. İlkin məlumatlara görə, demokrat Cozef Biayden seçkilərdə qalib gəllib. Buna baxmayaraq, hazırkı Prezident Donald Tramp məğlubiyyətini etiraf etmir və səslərin yenidən sayılması tələbi ilə məhkəmələrə müraciət etmək niyyətində olduğunu bildirir. Onun fikrincə, seçkilərdə demokratlar tərəfindən çoxsaylı pozuntular olub.
638 dəfə oxundu