Yaponiyada təhlükəli quş qripi yayıldı

Yaponiyada təhlükəli quş qripi yayıldı

Yaponiyanın Miyadzaki prefekturasında yeni yüksək patogenli H5N8 quş qripi yayılıb.

Bu barədə “Kyodo” agentliyi xəbər verib.

Xəstəliyin mərkəzinin 36 min broylerin saxlandığı fermada da olub-olmadığı müəyyənləşdirilir.

Eyni zamanda, 94 fermada 4,4 milyon toyuq infeksiya mərkəzindən 10 kilometr aralıda yerləşir.

Qripin neçə quşda aşkar edildiyi və bunun nəticəsində nə qədər broylerin öldürüldüyü barədə məlumat verilmir.

Bundan əvvəl də prefekturada H5N8 epidemiyası aşkar olunmuşdu. Bu səbəbdən 70 min quş məhv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...