"Hər gün alçaldıcı məğlubiyyətimizi xatırlayırıq" - Köçəryan

"Hər gün alçaldıcı məğlubiyyətimizi xatırlayırıq" -

Baş nazir Nikol Paşinyanın siması Qarabağ müharibəsində Ermənistanın biabırçı məğlubiyyətinin rəmzidir.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində deyib.

“Təslim sənədinə imza atan, məğlub olan hakimiyyət xalq naminə dəyişdirilməlidir. Paşinyan hər dəfə peyda olanda, hər ekranda görünəndə və ya “Facebook”da nəsə yazanda itirən bir millət olduğumuzu göstərir", - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, erməni xalqını və dövlətini bu yükdən azad etmək üçün Paşinyan sadəcə getməlidir ki, insanlar özlərini məğlub hiss etməsinlər: "Başqa cür ola bilməz. Bizim “varçapetimizin” sifəti məğlubiyyətin ağrısını xatırladır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...